Siyasət

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir – YENİLƏNİB

Sharing is caring!


Moskvanın və bütün Rusiyanın patriarxı Kirilldən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

President.az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikası Prezidenti seçkisində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin yenidən ali dövləti vəzifəyə seçilməyiniz uzun illər ölkəyə rəhbərliyiniz dövründə qazandığınız ümumxalq etimadının göstəricisidir. Seçicilərin əksəriyyətinin sizə səs verməsi onu göstərir ki, insanlar sizin simanızda onların ehtiyaclarına və istəklərinə həmişə diqqətlə yanaşan, daxili və xarici siyasət üzrə aktual məsələləri səmərəli şəkildə həll edə bilən təcrübəli və nüfuzlu milli lider görürlər.

Sizə möhkəm cansağlığı və həmişə ruh yüksəkliyi, rəhmli Tanrıdan kömək və Azərbaycan Respublikasının Prezidenti ali vəzifəsində yeni-yeni uğurlar arzulayıram”.

12:07

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində növbəti inamlı qələbəniz münasibətilə təbrik edirəm.

Seçkilər bütün dövlətlərin tarixində mühüm mərhələdir. Azərbaycan vətəndaşlarının öz iradəsini sərbəst şəkildə ifadə etmələri xalqın sıx birliyini göstərdi, Sizin müdrik rəhbərliyinizlə ölkənin irəlilədiyi kursa etimadın yüksək səviyyəsini nümayiş etdirdi. Əminəm ki, Sizin peşəkarlığınız və zəngin təcrübəniz sosial-iqtisadi sabitliyin təmin olunmasına, xalqın rifah halının yüksəldilməsinə və Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun gələcəkdə də artmasına kömək edəcəkdir.

Rusiya-Azərbaycan münasibətləri həmişə möhkəm dostluq bağlarına və mehriban qonşuluq prinsiplərinə əsaslanıb. Bu münasibətlər, o cümlədən parlament xətti ilə əlaqələr indi də konstruktiv istiqamətdə inkişaf edir, müttəfiqlik tərəfdaşlığını və qarşılıqlı faydalı əməkdaşlığın potensialını üzə çıxarmaqda davam edir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və Azərbaycan xalqının rifahı naminə ali dövləti vəzifənizdə uğurlar arzu edirəm.

Ən səmimi ehtiramımı qəbul edin”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir