Siyasət

Kubanıçbek Ömüralıyev: “Azərbaycanda növbədənkənar prezident seçkisi tam şəffaf keçirilib”

Sharing is caring!


“Azərbaycan Respublikası seçkiyə tam hazır idi”.

Oxu.Az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinqdə deyib.

O bildirib ki, seçki tam şəkildə beynəlxalq qaydalara uyğun keçirilib:

“Seçki günü bütün insanlar azad şəkildə səsvermədə iştirak etdilər. Bütün baş çəkdiyimiz seçki məntəqələrində ictimai asayiş hökm sürürdü. Missiyanın əhatə etdiyi bütün məkanlara sərbəst daxil olması təmin edilmişdi. Hər şey tam qanunauyğun keçirilib.

TDT təsdiq edir ki, Azərbaycanda növbədənkənar prezident seçkisi tam şəffaf, beynəlxalq standartlara uyğun keçirilib. Qardaş Azərbaycan vətəndaşlarına təbriklərimizi çatdırırıq. Bu seçki Azərbaycanın çiçəklənməsinə töhfə verəcək”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir