Siyasət

Anton Lopatin: “Seçki növbədənkənar olmasına baxmayaraq, hər şey qaydasında idi”

Sharing is caring!


“Azərbaycanda seçki yüksək səviyyədə keçirilib”.

Oxu.Az xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasında iştirak edən Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü Anton Lopatin Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

Seçki Komissiyasının üzvü Azərbaycan xalqını təbrik edib:

“Hər kəsi səmimi-qəlbdən təbrik edirəm. Seçki yüksək səviyyədə keçirildi. Vaxt çox az idi, lakin yüksək səviyyədə təşkil olunmuşdu. Növbədənkənar olmasına baxmayaraq, hər şey qaydasında idi. Məntəqələrdə kameralar quraşdırılmışdı. Bu, olduqca təqdirəlayiqdir”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir