Siyasət

Azərbaycanda keçirilən prezident seçkisi Türkiyə mediasında geniş işıqlandırılıb – FOTO

Sharing is caring!


Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi Türkiyə mediasında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin “Beyaz Qəzet” media qurumunun “Azərbaycan prezidenti Əliyev işğaldan azad edilmiş Xankəndidə səs verib” sərlövhəli yazısında Qarabağda 30 ildən sonra ilk dəfə seçki məntəqələrinin qurulduğu vurğulanıb.

Məqalədə bildirilib ki, Azərbaycanın erməni işğalından azad etdiyi rayonlarda təxminən 30 ildən sonra ilk dəfə seçki məntəqələri yaradıb. Qarabağın mədəniyyət paytaxtı” Şuşa, həmçinin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə yaradılmış 26 seçki məntəqəsində 23 mindən çox seçici səs verib.

“Son dəqiqə.com” saytı seçkilərlə bağlı yazısını “Azərbaycan Prezidenti İlham Əliyev ailəsi ilə birlikdə Xankəndidə səs verib” sərlövhəsi ilə yayımlayıb.

Azərbaycanda keçirilən seçkilərlə bağlı görülən təhlükəsizlik tədbirlərinə diqqət çəkilən məqalədə, həmçinin deyilir: “Görülən təhlükəsizlik tədbirləri çərçivəsində 125 seçki dairəsində yaradılan məntəqələrdə xüsusi veb-kameralar quraşdırılıb. Səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatıb və növbədənkənar seçkinin ilkin nəticələri yaxın vaxtlarda açıqlanacaq. Azərbaycan Mərkəzi Seçki Komissiyası nəticələri 10 gün ərzində Konstitusiya Məhkəməsinə təqdim edəcək və nəticələr təsdiqləndikdən sonra Prezident rəsmən elan olunacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir