Siyasət

Batumidəki Baş Konsulluqda yaradılmış seçki məntəqəsində səsvermə başlayıb – FOTO

Sharing is caring!


Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisi ilə əlaqədar ölkəmizin Batumi şəhərindəki Baş Konsulluğunda yaradılan seçki məntəqəsində səsvermə başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin nəzdində yaradılmış 41 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 8:00-da başlayıb.

Məntəqə Seçki Komissiyanın sədri Baş konsul Pərviz İsmayılzadə bildirib ki, məntəqədə konsulluğun əməkdaşları ilə yanaşı, Batumidə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin əməkdaşları, azərbaycanlı tələbələr, eləcə də həmin gün müvəqqəti olaraq Batumidə səfərdə olan və xidməti vəzifələrini icra edən Azərbaycan vətəndaşları səs verəcəklər.

Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.

Pərviz İsmayılzadə konsulluğun əməkdaşlarına və Batumidəki soydaşlarımıza uğurlar arzulayıb, ilk səs verib.

Səsvermə saat 19:00-da başa çatacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir