Siyasət

Ceyhun Bayramov MDB PA Şurasının Baş katibi ilə seçkiyə hazırlıq məsələlərini müzakirə edib – FOTO

Sharing is caring!


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlət Birliyinin (MDB) Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskini qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan və MDB arasında əməkdaşlıq gündəliyi, habelə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisindən irəli gələn məsələlər müzakirə olunub.

MDB məkanında qanunvericilik orqanları arasında təmasların qurumasına şərait yaradan platforma kimi MDB Parlamentlərarası Assambleyanın əhəmiyyəti vurğulanıb.

Azərbaycanın üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni, elmi, humanitar və s. sahələr üzrə əməkdaşlığın inkişafında mühüm rolu olan dialoq platforması kimi MDB-yə əhəmiyyət verdiyi diqqətə çatdırılıb.

C.Bayramov 7 fevral tarixində 30 illik işğaldan sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində növbədənkənar Prezident seçkisinin baş tutacağını, torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərimizdə seçkidə iştirak edəcəyini bildirib. Habelə xarici ölkələrdəki vətəndaşlarımızın seçki hüququnun təmin olunması istiqamətində Xarici İşlər Nazirliyi tərəfindən müvafiq tədbirlərin görüldüyü, xarici ölkələrimizdəki diplomatik nümayəndəliklərimizdə müvafiq seçki məntəqələrinin yaradıldığı diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir