Siyasət

Jozefa Ciakometti Piredda: “Fransa ilə Korsika arasında siyasi həll istiqamətində inkişaf yoxdur” – VİDEO

Sharing is caring!


Korsika müstəqillik tərəfdarlarının “Nazione” partiyasını yaratmasından qısa müddət sonra və daxili işlər naziri Jerald Darmanənin Korsikaya səfərindən bir neçə gün əvvəl Fransa polisinin iki fəalımıza qarşı törətdiyi zorakılıq aktı qəbuledilməzdir. Biz onların, ailələrinin yanındayıq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Korsika Assambleyasının deputatı Jozefa Ciakometti Piredda səsləndirib.

O bildirib ki, son bir neçə ayda baş verən hadisələr Fransa hökuməti ilə vəziyyətin çox kritik olduğunu bir daha göstərir. Fransa ilə Korsika arasında real həll yolları tapmaq lazımdır. “Son vaxtlardakı hadisələrdən danışsaq, bəlkə də mərkəzsizləşdirmə sahəsində müəyyən kiçik irəliləyiş olub, ancaq əsl inkişaf yoxdur. Əsl siyasi həll istiqamətində inkişaf olmayıb. Xalqımızın öz torpaqlarında hüquqlarının, dilinin tanınması istiqamətində irəliləyiş yoxdur. Bizim üçün əsl siyasi həll lazım olan sahələrdə inkişafdan söhbət belə getmir”, – deyə deputat vurğulayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir