Siyasət

Korsikaya Fransanın daha bir müstəmləkəsindən dəstək gəldi – FOTO

Sharing is caring!


Qvadelupanın Azadlığı naminə Xalq Birliyi Partiyası (UPLG) Korsikanın dekolonizasiyası və müstəqilliyi məsələsini yenidən gündəmə gətirmək üçün Korsikada “Nazione” Partiyasının yaradılmasını dəstəkləyib.

Bununla bağlı partiya müvafiq bəyanat yayıb.

Bildirilir ki, 2024-cü il yanvarın 28-də, bazar günü bir neçə Korsika partiyası və təşkilatı ölkələrinin müstəqilliyi məqsədilə yeni Korsika siyasi partiyası yaratmaq üçün bir araya gəliblər. Korsika ərazi məclisinin seçilmiş üzvləri Korsika üçün muxtariyyət layihəsinin tərəfdarı olduqlarını və Fransa hökuməti ilə danışıqlar aparmaq istədiklərini bildirdikləri halda, yeni partiyanın üzvləri bu yolun dalana aparacağını düşünərək onun əleyhinə çıxış edirlər. Bu baxımdan, onların qərarı polineziyalıların mövqeyi ilə üst-üstə düşür.

“Korsika xalqının uzun illərdir apardığı mübarizəyə baxmayaraq, Fransa hakimiyyəti repressiya və qərəzli siyasətini davam etdirir. Belə ki, Fransa hakimiyyəti Korsikanın və onun xalqının mövcudluğu reallığını qəbul etmir, Korsika xalqının öz müqəddəratını müəyyənləşdirmək hüququnu tanımır.

Bütün həll yollarını araşdırdıqdan sonra Fransa prosesi ləngitmək üçün hər şeyi edir. Korsikanın ən qətiyyətli övladları buna “YOX!”, “DUR!” deyirlər. Onlar Korsikanın yenidən müstəmləkəyə çevrilməsini və əhalisinin dəyişdirilməsini qəbul etmirlər. Həmçinin, onlar öz müqəddəratını müəyyənləşdirmək hüququnu həyata keçirmək haqqını tələb edirlər. Onlar bütün Korsika xalqını səfərbər olmağa, öz hüquqlarına hörmət etdirməyə və müstəqilliklərini qazanmaq üçün bütün vasitələrdən yararlanmağa çağırırlar.

Qvadelupanın Azadlığı naminə Xalq Birliyi Partiyası Korsika məsələsini qaldırmaq üçün bir araya gəlmiş fəallara tam dəstəyini və suverenlik uğrunda mübarizədə həmrəyliyini ifadə edir.

Yaşasın azad və suveren Korsika!” – deyə partiyanın baş katibi Jan-Jakob Bisepin imzaladığı bəyanatda vurğulanır.

Qeyd edək ki, Korsika adası Fransanın Aralıq dənizində yerləşən xüsusi statuslu ərazisi, Qvadelupa isə Karib dənizinin şərq hissəsində yerləşən dənizaşırı ərazisi hesab olunur. Hər iki ərazi Fransanın müstəmləkəçiliyinə qarşı mübarizə aparır. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir