Siyasət

MSK: “Veb-kameralar vasitəsilə səsvermə prosesini əvvəldən sonadək izləmək mümkün olacaq”

Sharing is caring!


“Ən geniş beynəlxalq müşahidə missiyasını həyata keçirəcək təşkilatlar 1000-1400 arası seçki məntəqəsində prosesin gedişini müşahidə edib”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, bir çox Avropa təşkilatlarının tələb etdiyi standart 20-25 dəqiqə səsverməni izləmək müddətidir:

“Bununla səsvermə prosesi haqqında fikir formalaşır. Amma bizim veb-kameralar vasitəsilə bütün səsvermə prosesini əvvəldən sonadək izləmək mümkün olacaq”.

MSK rəsmisi əlavə edib ki, veb-kameraların quraşdırılması prosesi artıq yekunlaşıb.

“Atdığımız ən mühüm addımlardan biri kameraların istiqamətinin təkmilləşdirilməsidir. Səsvermə günü seçicilərə təsir mexanizmi ola biləcək hər hansı halların qarşısını almaq məqsədilə addımlar atılıb. Beləliklə, kameralar heç bir halda səsvermə kabinələrinə yönələ bilməz. Əvvəlki seçkilərdə yayılan görüntülərin incələnməsi ilə məlum olub ki, bu cür quraşdırılan kameralar səsvermə keçirilən müəssisələrin təhlükəsizlik kameraları imiş”, – o qeyd edib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir