Siyasət

İrlandiyalı politoloq: “Aİ Azərbaycana qarşı son dərəcə irrasional addımlar atır”

Sharing is caring!


“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərindən şikayət Avropa İttifaqının Azərbaycana münasibətdə son dərəcə irrasional addımlar atdığının göstəricisidir”.

Bunu “Report”a açıqlamasında irlandiyalı tarixçi və politoloq Patrik Uolş (Patrick Walsh) deyib.

“Avropa İttifaqı (Aİ) son vaxtlar tamamilə ağılsızlıq edir. İttifaq isterik və reallıq hissi olmadan hərəkət edir. Hesab edirəm ki, buna Qarabağa tamamilə aidiyyəti olmayan bir sıra hadisələr səbəb olub. Bu, Avropada ukraynalıların müharibədə uduzması və rusiyalıların Avropa üçün təhlükə yaradacağı qorxusunun artması ilə bağlıdır”, – o bildirib.

Ekspertin fikrincə, bu, həm də israillilərin məsuliyyət daşıdığı Qəzzada çoxlu sayda mülki əhalinin ölümü və dağıntılarla bağlıdır:

“Həm Vaşinqton, həm də Brüssel İsraili dəstəklədikləri üçün bu, Avropanın dünyadakı mənəvi nüfuzuna xələl gətirir”.

P.Uolş qeyd edib ki, hazırda Avropada mütləq çaxnaşma hökm sürür və o, Qərb demokratik düşərgəsindən kənarda hesab etdiyi hər kəsə qəzəbini yönəldir:

“Bu yaxınlarda Aİ Bakıdan təbii qaz tədarükündən məmnun idi. Brüssel Kiyevə tam dəstək verir. Amma Azərbaycana gəldikdə, Qərbin nəzərində uzun illər beynəlxalq diplomatiyanın, beynəlxalq hüququn uğursuzluğundan sonra Bakının məhdud qüvvə ilə milli suverenliyini bərpa etməsi cinayət kimi görünür. Əslində, bu, uzun müddət davam edən “Qərb ikiüzlülüyü” adlı seriyanın son epizodudur. İndi müxtəlif münaqişələrə qarşı fərqli münasibətini dünyaya tam nümayiş etdirir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir