Siyasət

Azərbaycanlılar Avropa İttifaqının Tbilisi ofisinin qarşısında aksiya keçirirlər – FOTO

Sharing is caring!


Gürcüstanda yaşayan azərbaycanlılar paytaxt Tbilisidə Azərbaycana dəstək məqsədilə “Ayrıseçkiliyə və İkilli Standartlara Son!” adlı aksiya keçirirlər.

APA xəbər verir ki, əllərində Azərbaycan və Gürcüstan bayraqları tutan 200-dək aksiyaçı hazırda Avropa İttifaqının (Aİ) Tbilisi ofisinin qarşısına yürüş edir. Aksiyaçılar “erməni terroruna son”, “Ermənistanın ekoloji terroruna son”, “ikili standartlara son” və.s şüarları səsləndirirlər.

Gürcüstanın müxtəlif bölgələrindən olan azərbaycanlılar həmçinin Ermənistanın minalanmış Azərbaycan ərazilərinin xəritələrini təhvil verməsini tələb edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir