Siyasət

Rusiya XİN: “Cənubi Qafqazda sülh və sabitliyə nail olmaq üçün səyləri davam etdirməyə hazırıq” – VİDEO

Sharing is caring!


Rusiya Cənubi Qafqazda sülh və sabitliyə nail olmaq üçün səylərini davam etdirməyə hazırdır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova News.ru saytının müxbirinin verdiyi sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Moskva İrəvanın əsas tərəfdaşı olaraq qalır.

Zaxarova xatırladıb ki, Rusiya Azərbaycan və Ermənistan arasında 2020-ci ilin payızında hərbi əməliyyatların dayandırılmasına həlledici töhfə verib və daha ​​çətin vəziyyətin qarşısını almağa kömək edib: “Rusiya hərbi əsirlərin və məhbusların mübadiləsində, itkin düşənlərin axtarışında, minalanmış ərazilərin xəritələrinin verilməsində fəal köməklik göstərib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir