Siyasət

Azərbaycan səfiri nüfuzlu beynəlxalq mükafatla təltif olunub – FOTO

Sharing is caring!


Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim nüfuzlu “Martin Lüter Kinq Diplomatiya və Beynəlxalq Xidmət” mükafatı ilə təltif olunub.

Oxu.Az xəbər verir ki, “Martin Lüter Kinqin Həyatını və İrsini Beynəlxalq Salamlama” adı altında keçirilən tədbirdə çıxış edən səfir X.İbrahim Martin Lüter Kinqin irsinin yalnız ABŞ-də deyil, eləcə də dünyanın hər yerində bu gün də təbliğ olunduğunu qeyd edib.

Səfir mərhum siyasətçinin dünyadakı hər kəsin ümumi dəyəri olduğunu, onun fikirlərinin və fəaliyyətinin bütün dünyanı dəyişdirdiyini bildirib.

Diplomat Azərbaycan tarixində heç bir zaman insanlar arasında irqi və dini ayrı-seçkiliyin olmadığını vurğulayıb.

Tədbirdə Martin Lüter Kinqin həyatına və irsinə həsr olunmuş bir sıra kateqoriyalar üzrə mükafatlar təqdim olunub.

Tədbirə sədrlik edən Azərbaycanın ABŞ-də səfiri X.İbrahim nüfuzlu “Martin Lüter Kinq Diplomatiya və Beynəlxalq Xidmət” mükafatı ilə təltif olunub.

Qeyd edək ki, M.L.Kinq Diplomatiya və Beynəlxalq Xidmət mükafatı bundan öncə ABŞ dövlət katibinə, ABŞ səfirlərinə, ABŞ-də fəaliyyət göstərən Almaniya, İsrail, Pakistan, Bəhreyn və digər səfirlərə, konqresmenlərə və senatorlara, Cənubi Afrikanın vitse-prezidentinə həmçinin, Amerika Dövlətləri Təşkilatının baş katibinə təqdim olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir