Siyasət

İraqa səfər etmək istəyən azərbaycanlılara xoş xəbər: Viza artıq sərhəddə alınacaq – FOTO

Sharing is caring!


Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını artıq bu ölkənin sərhəd-keçid məntəqələrində əldə edə biləcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov “X” sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, bununla bağlı İraq daxili işlər naziri müvafiq əmr imzalayıb.

“Bununla əlaqədar başda İraq Respublikasının Baş naziri olmaqla, bu ölkənin Daxili İşlər və Xarici İşlər Nazirliklərinə təşəkkürümüzü bildiririk”, – deyə diplomat vurğulayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir