Siyasət

Ukraynada müharibədə həlak olan və itkin düşən azərbaycanlıların sayı məlum olub

Sharing is caring!


Ukraynada genişmiqyaslı müharibənin ilk günündən indiyə qədər həlak olan və itkin düşən azərbaycanlıların növbəti qeyri-rəsmi statistikası məlum olub.

“Report”un Şərqi Avropa bürosunun araşdırmasına əsasən, indiyədək Ukrayna Silahlı Qüvvələrinin əslən azərbaycanlı olan 38 hərbçisi həlak olub.

Müharibə başladığı andan bu günə qədər isə ümumilikdə 135-ə yaxın azərbaycanəsilli şəxs həlak olub, 100-ə yaxın şəxs yaralanıb, 70-ə yaxını isə itkin düşüb. Onların əksəriyyəti uzun müddətdir Ukraynada yaşayan və bu ölkənin vətəndaşları olan azərbaycanlılardır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir