Kriminal

Məhkəmə axundu bıçaqlayan şəxsin cəzasını azaltdı

Sharing is caring!


Lənkəranda məscidin həyətində axundu bıçaqlamaqda təqsirləndirilən Çingiz Əlizadənin cəzası 14 il 6 aydan 10 ilə endirilib.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Kərim Bağırov məlumat verib.

Onun sözlərinə görə, bu barədə qərar Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qərara əsasən, Ç.Əlizadənin ittiham olunduğu Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif olunub.

Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabr ayında Lüvəsər kənd məscidində baş verib. Kənd sakini Ç.Əlizadə səhər saatlarında sübh namazı zamanı məscidin axundu 1985-ci il təvəllüdlü Taleh Əliyevə çoxsaylı bıçaq zərbəsi endirib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Əlizadə Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir