Siyasət

Seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin SİYAHISI açıqlanıb

Sharing is caring!


Növbədənkənar prezident seçkisində seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı məlum olub.

Oxu.Az bildirir ki, bununla bağlı siyahını Mərkəzi Seçki Komissiyası (MSK) təqdim edib.

Qurumun rəsmi saytında yerləşdirilən siyahıya əsasən, şəhər və rayonlarda 125 seçki dairəsi üzrə daimi görüş yerləri 139-u açıq, 139-u qapalı olmaqla, ölkə üzrə ümumilikdə 278 yer müəyyən olunub.

Həmin siyahıda Zəngilan rayonunun Ağalı kəndində, Şuşa şəhərində, Laçın şəhəri və Laçının Zabux kəndi ərazisində ayrılan yerlər də qeyd olunub.

MSK-nın ayırdığı yerlərdən bütün təşviqat subyektləri bərabər əsaslarla ödənişsiz istifadə edə bilərlər.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkisi 2024-cü il fevralın 7-nə təyin edilib. Bu, işğaldan azad edilmiş ərazilərdə də keçiriləcək ilk seçkidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir