Siyasət

Ravvin Şmuel Simantov: “Azərbaycanda bütün dinlərə sərbəst etiqad etmək üçün hər bir şərait yaradılıb”

Sharing is caring!


“Azərbaycanda bütün dinlərə sərbəst etiqad etmək üçün hər bir şərait yaradılıb”.

Bunu “Trend”ə Təl-Əvivdəki dağ yəhudiləri sinaqoqunun baş ravvini Şmuel Simantov ABŞ Dövlət katibi Antoni Blinkenin bir sıra ölkələrin, o cümlədən Azərbaycanın dini etiqad azadlığı ilə əlaqədar olaraq, “xüsusi müşahidə siyahısı”na daxil edilməsi barədə bəyanatını şərh edərkən deyib.

“Mən Bakıda doğulmuşam. İki il əvvəl Azərbaycandakı fəaliyyətim başa çatıb və hazırda İsraildəyəm. Azərbaycanda Oğuz rayonunda, Bakıdakı Gürcüstan yəhudilərinin sinaqoqunda ravvin və 46 nömrəli məktəbin yəhudi bölməsində direktor kimi fəaliyyət göstərmişəm. Mən dindar insanam və Azərbaycanda bu sahədə heç vaxt problemlə üzləşməmişəm. Xarici təsir cəhdlərinə baxmayaraq, Azərbaycanda təkcə iudaizmə deyil, bütün dinlərə etiqad azadlığı üçün hər bir şərait yaradılıb. Biz daim Azərbaycanda bütün dini bayramlarımızı heç bir maneə olmadan, tam şəkildə qeyd edir, küçələrdə əllərimizdə Tövratla sərbəst gəzirdik”, – deyə ravvin qeyd edib.

O, Azərbaycanda hər il sinaqoq, kilsə və məscid üçün vəsaitin ayrıldığını vurğulayıb.

“Oğuzda iki, Qubada beş, Bakıda isə üç sinaqoq fəaliyyət göstərir. Onların hamısına vəsait ayrılır. Bundan əlavə, dövlət tərəfindən onların təhlükəsizliyi təmin olunur”, – deyə ravvin əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir