Siyasət

Peşə bayramı münasibətilə Azərbaycan vəkil korpusu Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib – FOTO

Sharing is caring!


Dekabrın 28-də “Vəkil Günü” peşə bayramı münasibətilə ənənəvi olaraq Vəkillər Kollegiyasının rəhbərliyi, orqanları və qurum rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər.

Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Vəkillər Kollegiyasının rəhbərliyi, orqanları və qurum rəhbərləri ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyublar, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilib. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. 

Daha sonra Vəkillər Kollegiyasının rəhbərliyi, orqanları və qurum rəhbərləri Şəhidlər xiyabanında ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər, xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-i ölkəmizdə “Vəkil Günü” peşə bayramı kimi qeyd olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir