Siyasət

Rusiya XİN rəhbəri: “Qərb dövlətləri Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır”

Sharing is caring!


“Qərb dövlətləri Ermənistana və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır, onların vəzifəsi Moskvanı sıxışdırıb çıxarmaqdır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunları üzrə TASS-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan hazırda bir sıra çağırışla üz-üzədir:

“Üstəlik, Qərb oyunçularının köməyi ilə onları dayandırmaq mümkün olmayacaq. ABŞ və Aİ Rusiyadan fərqli olaraq respublikaya və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır.

Onların vəzifəsi tamam başqadır – Moskvanı və digər regional gücləri bölgədə sıxışdırmaq, Balkan ölkələri, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik ocağı yaratmaq. Bu çətin vəziyyətdən çıxış yolu göz qabağındadır – İrəvan, Bakı və Moskvanın üçtərəfli sazişlərini ən yüksək səviyyədə həyata keçirməkdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir