İdman

Almaniyanın Səhiyyə Naziri: “Bavariya” erası sona çatmalıdır”

Sharing is caring!


“Bavariya”nın Almaniya Bundesliqasındakı dövrü başa çatmalıdır.

Bunu Almaniyanın Federal Səhiyyə naziri Karl Lauterbax bildirib.

“Bayer Leverkuzen” Almaniya çempionu olarsa, mən bu gənc və güclü komanda və bütün Bundesliqa üçün çox sevinərdim. “Bavariya” erası nəhayət ki, sona çatmalıdır. Onda mən də mərcdə qalib gələrdim”, – deyə Lauterbax bəyan edib.

Qeyd edək ki, Münhen klubu son 11 mövsümdə Almaniya Bundesliqasının qalibi olub. Hazırda “Bayer” qış fasiləsinə 16 oyundan sonra 42 xalla çempionatın lideri kimi yollanıb. Münhen 38 xalla 2-ci pillədə qərarlaşsa da, qarşıda hələ bir ehtiyat oyunu var.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir