Siyasət

İƏT və Qoşulmama Hərəkatına üzv ölkələrin tələbələri Azərbaycanda təhsil alacaq

Sharing is caring!


“Heydər Əliyev adına yeni təhsil qrantı ölkənin beynəlxalq təhsil imkanlarının tanıdılmasına böyük töhfə verəcək”.

“Report”un xəbərinə görə, bunu “Azərbaycanda beynəlxalq təhsil imkanları” Forumunda çıxışı zamanı Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım İdarəsinin rəisi Elməddin Mehdiyev deyib.

O qeyd edib ki, Azərbaycan donor ölkəyə çevrilib.

“İndiyə qədər 140-a yaxın ölkə Azərbaycandan yardım alıb. Bu yardım humanitar böhranlarla mübarizəyə əhəmiyyətli töhfələr verib. Azərbaycan ən az inkişaf etmiş 46 ölkədən 43-nə, Afrikanın 54 ölkəsindən 53-nə yardımlar göstərib”.

E.Mehdiyev qeyd edib ki, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı kimi qurumlara daxil olan ölkələrdən 5 il müddətinə illik əsasda 100 tələbənin Azərbaycan universitetlərinə qəbul olunması nəzərdə tutulur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir