Siyasət

Fransa qoşunlarının Nigerdən çıxarılması prosesi başa çatıb

Sharing is caring!


Nigerdəki sonuncu fransalı hərbçilər ölkəni tərk ediblər.

Bu barədə Niger ordusunun leytenantı Salim İbrahim Niameydə keçirilən mərasim zamanı deyib. “Bu gün Fransa qoşunlarının Qərbi Afrikadan çıxarılması prosesi başa çatır”, – deyə o qeyd edib. 

Xatırladaq ki, Fransa 26 iyul çevrilişindən sonra Nigerdən təxminən 1500 əsgər və pilotu geri çəkəcəyini bildirib. Hazırda Nigerdə ​​hələ yüzlərlə amerikalı hərbçi, eləcə də bir sıra italyan və alman əsgərləri qalır.

Qeyd edək ki, bu, 18 aydan az müddətdə üçüncü dəfə idi ki, Fransa qoşunları Afrika regionunda bir ölkədən çıxarılır. Onlar hərbi çevrilişlərdən sonra keçən il Malidəki keçmiş koloniyalarını və bu ilin əvvəlində Burkina-Fasonu tərk etməyə məcbur olublar.

Mənbə: octagon.media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir