Siyasət

Qviana təmsilçisi: “Fransa ərazilərimizi işğal edib və bütün ölkədə onun hərbi sənaye bazası var”

Sharing is caring!


“Fransanın hərbi qüvvələri ərazilərimizi işğal edib və bütün ölkədə onların hərbi sənaye bazası var”.

“Report”un xəbərinə görə, bunu Fransa Qvianasının Dekolonizasiya və Sosial Qurtuluş Hərəkatının üzvü Bris Noel Epailly Bakıda keçirilən “Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Qvianada müstəmləkəçiliyin bütün təzahürləri mövcuddur:

“Biz bu gün də Fransa müstəmləkəsi olaraq yaşayırıq. Fransanın hərbi qüvvələri ərazilərimizi işğal edib və bütün ölkədə onların hərbi sənaye bazası var. Ölkəmizdə bütün sahələrdə siyasət, iqtisadiyyat, hərbi və digər bir çox sahələrdə Fransa dominantlıq edir. Qızıl yataqları kimi yeraltı sərvətlərimiz talanır. Həmçinin, biz öz neftimizdən, kömür yataqlarımızdan istifadə edə bilmirik. Eyni zamanda, kənd təsərrüfatı zənginliklərimiz də digər ölkələrə ötürülür. Hətta karbon yataqlarımız da Fransanın istismarına məruz qalıb”.

Qviana təmsilçisi əlavə edib ki, ölkədə təhsil və mədəni sahələrdə də Fransa öz sistemini tətbiq edir:

“Müəllimlər, rektorlar belə Fransadan gəlirlər. Ümumiyyətlə, Fransa bizi xalq olaraq görməzdən gəlir. Xalqımız öz ölkəsinin imkanlarından qətiyyən istifadə edə bilmir. İnsanların əksəriyyəti yoxsulluq səviyyəsində yaşayırlar. Biz hələ də müstəmləkə ədalətsizliyindən əziyyət çəkirik. Bu reallıqlardan danışmaq üçün bir gün bəs etmir. Biz çalışmalıyıq ki, xalqlar azad olsun və Qviana xalqı özü öz ərazilərini idarə edə, xalqımız öz hüquqlarından istifadə edə bilsin”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir