Siyasət

Prezidenti seçkiləri ilə əlaqədar YAP-ın Tədbirlər Planının icra vəziyyəti müzakirə olunub – FOTO

Sharing is caring!


Dekabrın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının genişləndirilmiş iclası keçirilib.

İclasda YAP yerli seçki qərargahlarının sədrləri də iştirak ediblər.

2024-cü il fevralın yeddisinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının icra vəziyyəti müzakirə olunub, dekabrın 20-dək nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirildiyi qeyd edilərək qarşıda duran əsas hərəkət və tədbirlərin də müəyyən olunmuş müddətlərdə icrasına dair fikir mübadiləsi aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir