Siyasət

YAP-ın prezidentliyə namizədinin səlahiyyətli nümayəndələri – ADLAR

Sharing is caring!


Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar prezident seçkisində namizədinin səlahiyyətli nümayəndələrinin adları açıqlanıb.

Oxu.Az bildirir ki, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

Qərarla YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar prezident seçkisindəki namizədinin səlahiyyətli nümayəndələri təyin ediliblər.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.

Qeyd edək ki, YAP İdarə Heyətinin qərarına əsasən, partiyanın növbədənkənar prezident seçkisindəki namizədi Prezident İlham Əliyevdir.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir