Siyasət

Haaqada Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib – FOTO

Sharing is caring!


Azərbaycanın Niderlanddakı səfirliyində ulu öndər Heydər Əliyevin vəfatının iyirminci ildönümü ilə əlaqədar klassik musiqidən ibarət konsert proqramı keçirilib.

Bu barədə Azərbaycan səfiri Rəhman Mustafayev “X” sosial şəbəkə hesabında bildirib.

“Bu gün biz Haaqa diplomatik korpusunun üzvləri ilə birlikdə Nərgiz Əliyarovanın ifasında Azərbaycan klassik musiqisindən ibarət gözəl konsert proqramı ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin parlaq xatirəsini ehtiramla yad etdik. Qonaqlarımıza və istedadlı pianoçumuza çox təşəkkür edirik”, – diplomat qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir