Siyasət

Rusiya XİN: “İlin sonunadək sülh müqaviləsinin imzalanması şansı var”

Sharing is caring!


“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamaq şansı həmişə var”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı keçirilmiş qəbulda deyib.

“Amma Ermənistan və Azərbaycanın bundan istifadə edib-etməyəcəyini bilmirəm”, – o əlavə edib.

Bununla yanaşı, Qaluzin Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşünün perspektivlərini şərh etməkdən yayınıb.

“Diplomat kimi mən hələ də proqnoz verməkdən çəkinməyə üstünlük verərdim”, – o söyləyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir