Siyasət

Azərbaycan Könüllüləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər – FOTO

Sharing is caring!


Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Azərbaycan Könüllülərinin iştirakı ilə Fəxri Xiyabana yürüş təşkil olunub.

Heydər Əliyevin xatirəsini dərin hüzn və hörmətlə yad edən 1500-ə yaxın gənc könüllü Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq olan ümummilli liderin məzarı üzərinə çiçəklər düzüblər.

Ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılmasının müəllifi olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev daima Azərbaycanın gələcəyi haqqında düşünüb, gənc nəslin inkişafına davamlı qayğı göstərib.

Bunun nəticəsidir ki, könüllülər memarı ulu öndər Heydər Əliyev olan müasir Azərbaycanın qalib gəncləri olduqları üçün qürur duyur, dövlət rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğını yüksək dəyərləndirirlər.

12 dekabr – Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq gənclərin iştirakı ilə bir sıra fəaliyyətlər icra edilib, eyni zamanda ulu öndərin 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində Bakıda və regionlarda ümumilikdə 500-dən çox Azərbaycan Könüllüsünün iştirakı ilə Heydər Əliyev mərkəzlərinə ekskursiyalar təşkil edilmişdir.

Ekskursiya zamanı könüllülərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və çoxşaxəli siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib.

Ekskursiya edən könüllülər mərkəzlərdə olan ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən fotolar, arxiv sənədlərinin surətləri, eləcə də müxtəlif eksponatlarla yaxından tanış olublar.

Diqqətə çatdırılıb ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlı gənc üçün əsl örnəkdir.

Artıq altı ildir ki, ölkəmizdə fəaliyyət göstərən Könüllülük Həftəsi, 2023-cü ildə Ulu Öndərin anım gününə təsadüf edib.

Bu səbədən cari ildə baş tutan Könüllülük həftəsi çərçivəsində həyata keçirilən tədbir və layihələr, məhz ümummilli llider Heydər Əliyevin gənclərə ünvanladığı tövsiyələrə əsaslanıb.

Həftə çərçivəsində layihə və tədbirlərin icra edilməsi üçün prioritet olaraq seçilən istiqamətlər onu göstərir ki, Azərbaycanın gənc  könüllüləri, Heydər Əliyevin gənclərə verdiyi qiymətli tövsiyələrə həmişə yüksək dəyər verir və bu tövsiyələri şəxsi və peşəkar inkişaflarında rəhbər tuturlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir