Siyasət

“Baku Steel Company” QSC-nin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Sharing is caring!


“Baku Steel Company” QSC-nin (bundan sonra – BSC) Baş Direktoru Kamal İbrahimov və BSC-nin kollektivi müasir Azərbaycan dövlətinin memarı, yeni enerji strategiyamızın müəllifi, ulu öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla anaraq məzarı önünə əklil və gül dəstələri qoyublar.

BSC-nin kollektivi, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələrini yad edib, onların məzarları üstünə gül dəstələri düzüb.

Müasir müstəqil Azərbaycanın banisi, hər bir azərbaycanlının qürur duyduğu şəxsiyyət, unudulmaz Heydər Əliyevi dərin hörmət və sevgi ilə anırıq. Allah rəhmət eləsin!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir