Siyasət

Məcnun Məmmədov: “İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən torpaq islahatları yekun mərhələsindədir”

Sharing is caring!


“İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən torpaq islahatları yekun mərhələsindədir”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

“Yekun qərar olduqdan sonra bununla bağlı addım atılacaq. Son bir neçə ildə dəmyə əkinləri öz müsbət nəticələrini verir. Azad olunmuş ərazilərdə potensial əkin sahəsi ümumilikdə 160 min hektara yaxındır.

Zaman, iqlim və digər şərtlərə əsasən, nə qədər sahənin əkiləcəyi müəyyənləşdiriləcək. İslahat qərarları konsepsiyası müəyyən edildikdən sonra pay torpaqlarının paylanmasına başlanacaq”, – deyə nazir əlavə edib.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir