Siyasət

Ceyhun Bayramov Aİ-nin ali nümayəndəsi ilə regionda sülhün əldə olunmasını müzakirə edib – FOTO

Sharing is caring!


Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borellə görüşüb.

Bu barədə nazir “X” hesabında paylaşım edib.

Tərəflər Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində bir araya gəliblər.

“Azərbaycan-Avropa İttifaqı münasibətləri Şərq Tərəfdaşlığı çərçivəsində hərtərəfli müzakirə edilib. Regionumuzda davamlı sülhün əldə olunmasının vacibliyini qeyd olunub”, – deyə nazir qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir