Siyasət

“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün sənədlər qəbul ediləcək

Sharing is caring!


Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkisi ilə əlaqədar 2024-cü il yanvarın 18-dək “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edəcək.

“Report”un xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar prezident seçkisinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əksini tapıb.

Gələn il yanvarın 28-dək isə “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul olunacaq.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir