Siyasət

Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkə birincisi oldu

Sharing is caring!


SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) 2023/2024-cü tədris ili üzrə ölkənin ali məktəblərinə daxil olmuş Prezident təqaüdçülərinin sayına görə ölkə birincisidir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2023/2024-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülmüş 102 tələbənin 29-u BANM-də təhsil alır.

BANM Prezident təqaüdçülərinin sayına görə ölkə ali təhsil müəssisələri arasında bu il də liderliyini qoruyur.

BANM-in Prezident təqaüdçülərindən 13 nəfəri İnformasiya təhlükəsizliyi, 10 nəfəri Biznesin idarəedilməsi, 4 nəfəri Kimya mühəndisliyi, 2 nəfəri isə Kompüter mühəndisliyi ixtisasının  tələbəsidir

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir