Siyasət

Ukrayna Azərbaycanla Ermənistanın normallaşma istiqamətində addımlarını dəstəkləyir

Sharing is caring!


Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistanın münasibətlərin normallaşması istiqamətində səyləri dəstəklədiyini bildirib.

Bu barədə Ukrayna XİN-in “X” hesabında bildirilib.

“Ukrayna Azərbaycan və Ermənistanın ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımları dəstəkləyir. Biz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində onların suverenliyinə və ərazi bütövlüyünə sadiqik.

Ukrayna Azərbaycan və Ermənistan arasında münaqişənin dinc və diplomatik yollarla yekun həllini dəstəkləyir”, – Ukrayna XİN vurğulayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir