Siyasət

“İlham Əliyev növbəti dəfə hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi” – RƏY + FOTO

Sharing is caring!


Milli Məclisin deputatı Vüqar İskəndərov dövlət başçısı İlham Əliyevin növbəti dəfə hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdiyini bildirib.

“Report”a açıqlamasında parlamentari qeyd edib ki, ötən gün əldə edilən razılıq ilk növbədə Azərbaycan dövlətinin humanizm prinsiplərinə sadiq qalmasının, o cümlədən Prezident İlham Əliyevin qətiyyətinin növbəti bariz nümunəsidir.

Onun sözlərinə görə, Azərbaycan dövləti hər zaman humanizm prinsiplərinə sadiq qalıb:

“Dövlətimiz bu sadiqliyi dəfələrlə nümayiş etdirib. Biz bu sadiqliyi müxtəlif dövrlərdə cinayət törədərək cəzalarının müəyyən hissəsini çəkmiş həm Azərbaycan, həm də xarici ölkə vətəndaşlarına münasibətdə müşahidə etmişik. Elə dekabrın 7-də Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin azad edilməsinə dair razılıq da Azərbaycan dövlətinin humanizm prinsipinə sadiqliyinin daha bir təsdiqidir”.

Deputat xatırladıb ki, Azərbaycan tərəfinin 32 erməni hərbçisini azad etməsi müqabilində Ermənistan tərəfindən də iki Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib:

“Bu addım Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, Azərbaycan insanına, ölkə vətəndaşlarına, hərbçilərə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin yaxınlarının hisslərinə şərik olmasının bariz nümunəsidir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir”.

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində iki azərbaycanlı hərbçini azad edir. Bundan başqa, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir