Siyasət

Metyu Brayza: “Separatçı rejimin ləğvilə sülh müqaviləsi qarşısında duran əngəl aradan qaldırılıb” – FOTO

Sharing is caring!


Azərbaycanın Qarabağ bölgəsində erməni qoşunlarının çıxarılması və separatçı rejimin ləğv edilməsi ilə sülh müqaviləsinə gedən yolda sonuncu maneə aradan qaldırılıb.

Bu barədə ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, beynəlxalq ekspert Metyu Brayza sosial şəbəkə hesabında yazıb.

“Dəfələrlə qeyd olunduğu kimi, Azərbaycanın Qarabağ bölgəsində erməni qoşunlarının və separatçı siyasi hakimiyyətin sonu həm Ermənistanın Baş naziri Paşinyan, həm də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən sülh müqaviləsi qarşısında duran sonuncu maneəni aradan qaldırdı”, – diplomat qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən isə iki  Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir