Siyasət

Gürcü politoloq: “Əsirlərin dəyişdirilməsi Azərbaycanla Ermənistan arasında münasibətlərdə yeni səhifədir”

Sharing is caring!


“Əsirlərin dəyişdirilməsi prosesi Azərbaycanla Ermənistan arasında münasibətlərdə yeni səhifə açıldığını nümayiş etdirir”.

Bu fikri “Report”a xarici siyasət elmlər doktoru, politoloq Malxaz Qulaşvili Azərbaycan və Ermənistan arasında əsirlərin dəyişdirilməsi prosesini şərh edərkən deyib.

“Bu, Qafqazda sülhün yaradılması üçün mühim addımdır. Çünki regionun iqtisadi inkişafı Azərbaycan və Ermənistan arasındakı sülh prosesindən asılıdır”, – politoloq bildirib.

Onun sözlərinə görə, sülh olarsa, Orta Dəhliz inkişaf edəcək ki, bu da yeni iş yerləri, ölkələrin iqtisadiyyatının güclənməsi və regionun inkişafı deməkdir.

M.Qulaşvili qeyd edib ki, baş verən xoşniyyətli addımlardan sonra mütləq sülh müqaviləsi imzalanmalıdır:

“Qafqaz ölkələrinin liderləri elə addım atmalıdırlar ki, regionda mütləq sülh olsun. Erməni xalqı üçün də bu çox vacibdir. Onlar da başa düşməlidirlər ki, başqasının ərazisinə göz tikmək lazım deyil. Təzyiqlərdən canlarını qurtarıb dərindən nəfəs alsınlar. İnanırıq ki, tez zamanda bütün bunlar olacaq”.

Politoloq vurğulayıb ki, dinc azərbaycanlılara işgəncələr verən, qətlə yetirən şəxslərin kimliyindən asılı olmayaraq mütləq cəzası verilməlidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir