Siyasət

Fransalı tarixçi: “Müsəlman qətllərinin arxasında həmişə ermənilər dayanıblar”

Sharing is caring!


“Aparılan tədqiqatlar göstərir ki, müsəlman qətllərinin arxasında həmişə ermənilər dayanıblar”.

“Report” xəbər verir ki, bunu ADA Universitetinin müəllimi, fransalı tarixçi, tədqiqatçı Maksim Quin dekabrın 5-də Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, 1918-ci ildə azərbaycanlılara qarşı aparılan etnik təmizləmə, bəlkə də, ən qanlısı olub:

“Belə ki, azərbaycanlılar soyqırımına məruz qaldıqları əksər ərazilərə bir daha qayıtmayıblar”.

Fransalı tarixçi bildirib ki, Azərbaycan ərazilərinin dağıdılması təcrid olunmuş qaydada baş verməyib:

“Yəni bu, bilavasitə kütləvi şəkildə həyata keçirilən bir proses idi. Həmin etnik təmizləmə Şərqi Anadoluda da öz əksini tapıb. Ermənilər azərbaycanlılarla yanaşı, kürdlər və iranlıları qətlə yetiriblər. Aparılan tədqiqatlar göstərir ki, tarixən müsəlman qətllərinin arxasında ermənilər dayanıblar. Azərbaycanlılar Ermənistanın ərazi ambisiyalarına bağlı olaraq soyqırımına məruz qoyulur, onların mülkləri ələ keçirilirdi”.

M.Quin vurğulayıb ki, Daşnaksütyunun əsas liderlərindən olan Minasyan şəxsən qətl və deportasiyaların həyata keçirilməsində iştirak edib:

“O, çox irqçi biri idi. Sonradan onun oğlu atası barədə yazdığı kitabda bildirib ki, Ermənistanda ermənilərdən çox azərbaycanlılar vardı, ona görə də biz onları qırmalı və deportasiya etməli idik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir