Siyasət

XİN başçısı: “Orta Dəhliz Xəzəryanı ölkələrin nəqliyyat potensialını gücləndirəcək”

Sharing is caring!


“Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (Orta Dəhliz) səmərəli istifadə etmək üçün səylər göstərir ki, bu da Xəzəryanı ölkələrin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək, nəqliyyat infrastrukturunun inkişafı üzrə yeni layihələrin həyata keçirilməsinə töhfə verəcək”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən görüşündə deyib.

“Azərbaycan bu gün Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir və biz, həmçinin, yeni tankerlər və yük gəmiləri hazırlayırıq. Eyni zamanda, yük dövriyyəsinin həcminin 15 milyon tondan 25 milyon tona çatdırılması məqsədilə Ələt dəniz limanının müasirləşdirilməsi işləri aparılır. Bütün bunlar Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində yüklərin sabit və operativ çatdırılmasını təmin etmək üçün əlavə imkanlar yaradacaq, eyni zamanda Xəzər dənizinin nəqliyyat potensialının artırılmasına mühüm töhfə verəcək”, – o bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir