Siyasət

Gürcü ekspert: “Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasından başqa yolu yoxdur”

Sharing is caring!


“Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalamaqdan başqa şansı yoxdur. Bu imza ilə rəsmi İrəvan Bakı və Ankara ilə əməkdaşlıq edərək ölkəsini xilas etmiş olacaq”.

Bu fikirləri “Report”un yerli bürosuna gürcüstanlı siyasi ekspert Giorgi Goqua Ermənistanı Rusiya ilə birləşdirən yeganə yol olan “Yuxarı Lars” keçid məntəqəsinin bağlanmasına münasibət bildirərkən deyib.

“Ermənistan üçün bu addım Azərbaycan və Türkiyə ilə məcburi əməkdaşlıq deyil, əksinə, köhnə münaqişələri unutmaq və yeni tarix yazmaq üçün bir şansdır. Çünki yaranan geosiyasi vəziyyəti nəzərə alsaq, rəsmi İrəvanın Azərbaycanın nəqliyyat və logistika dəhlizindən istifadəsi kimi ədalətli təklifi ilə razılaşmaqdan başqa yolu yoxdur”, – ekspert vurğulayıb.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsinin qalibi olan Azərbaycan həm rəsmi İrəvana güzəştə gedir, həm də Qarabağın erməniəsilli sakinlərinə böyük qayğı nümayiş etdirir:

“Buna görə də Ermənistan hakimiyyəti Azərbaycanla əlaqələri problemsiz bərpa edə və öz xalqı üçün çox faydalı dəyişikliklər edə bilər. Əsas odur ki, erməni rəsmi dairələrində müvafiq siyasi iradə olsun”.

Giorgi Goqua deyib ki, Ermənistan sazişi imzalasa, qonşu dövlətlərlə mehriban qonşuluq və əməkdaşlıq münasibətləri qazanacaq, imzalamasa özünü blokada vəziyyətinə salacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir