Siyasət

“Rusiya Ermənistan rəhbərliyini diz üstə çökdürəcək” – ŞƏRH + VİDEO

Sharing is caring!


Ermənistanın anti-Rusiya mövqeyi özünün ən yüksək mərhələsinə çatıb.

Təbii ki, bu addımların arxasında Qərbin dayandığı sirr deyil. Halbuki Ermənistan Rusiyanın azsaylı müttəfiqlərindən biridir və İrəvanın Moskvadan kritik şəkildə asılılığı var. Buna misal olaraq, 51 faiz iqtisadi asılılığı, 90 faiz strateji məhsulların asılılığını, 80 faiz pul köçürmələri və investisiyalardakı asılılığı göstərmək olar.

Rusiya dolayısı ilə Ermənistanı tam olaraq idarə edir və bu ölkəni cəzalandırmaq üçün bütün mümkün variantlara malikdir. Görünən mənzərə isə budur ki, Ermənistan hər keçən gün öz sonunu daha da yaxınlaşdırır.

Politoloq Azad Məsiyev Ermənistanın hazırkı mövqeyini Baku TV-yə şərh edib.

O bildirib ki, Rusiyanın iqtisadi-siyasi baxımdan Ermənistana təsir rıçaqları çox genişdir:

“Coğrafi baxımdan da Ermənistanın birbaşa dünya bazarlarına çıxacaq sərhədləri yoxdur. Ermənistanın idxal-ixrac əməliyyatı Rusiya bazarına bağlıdır. Ermənistanın baş naziri Nikol Paşinyan Qərbin əlində alətə çevrilib. Bu isə Cənubi Qafqazda stabilliyin pozulmasına səbəb ola bilər. Hesab edirəm ki, Ermənistan bu məsələdə ehtiyatlı davranmalıdır. Çünki Rusiya bunu bağışlamayacaq. Əlində olan iqtisadi-siyasi  imkanlardan istifadə edərək Ermənistan rəhbərliyini diz üstə çökdürəcək”.

Mövcud vəziyyət onu deməyə əsas verir ki, Ermənistanın Rusiyanı Qərbə dəyişməsi hələlik qeyri-mümkündür. Lakin İrəvan Moskvanı qəzəbləndirməyə davam etsə, Şimaldan əsən küləyin gec-tez özünü göstərməsi də istisna deyil. Zərərçəkən isə həmişə olduğu kimi, yenə də erməni xalqı olacaq.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir