Siyasət

Səməd Seyidov AŞPA-nın tədbirlərində iştirak edəcək

Sharing is caring!


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun tədbirlərində iştirak etmək üçün noyabrın 26-da Lixtenşteyn Knyazlığının Vaduts şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Səməd Seyidovun qatılacağı AŞPA-nın Daimi Komitəsinin iclasında Polşada parlament seçkilərinin müşahidəsi ilə bağlı, “Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf”, “Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi” mövzularda və digər məsələlər ətrafında müzakirələr aparılacaq. Tədbirdə həmçinin Daimi Komitənin növbəti iclaslarının yeri və vaxtı müəyyənləşdiriləcək.

Səfər çərçivəsində Səməd Seyidov qurumun Büro iclasında da iştirak edəcək, qaldırılan məsələlərə münasibət bildirəcək.

Səfər noyabrın 29-da başa çatacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir