Siyasət

UNESCAP-ın icraçı katibi: “SPECA regionunun rəqəmsal imkanları gücləndirilməlidir”

Sharing is caring!


“BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) regionunun rəqəmsal imkanlarını genişləndirmək lazımdır”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən SPECA Zirvə görüşündə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbana deyib.

Onun sözlərinə görə, bərpa olunan enerji mənbələrinin və region ölkələrinin iqtisadiyyatlarının inkişafı rəqabət qabiliyyətinin artırılması üçün imkanlar yaradacaq:

“Biz Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün çoxşaxəli yanaşmanı təmin etməliyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir