Siyasət

Qərbi Azərbaycan İcması Mirzoyanın müavininə cavab verib

Sharing is caring!


“Ermənistanın xarici işlər nazirinin müavini Qarabağdan olan ermənilərin hüquqları kontekstində beynəlxalq mexanizmə ehtiyac duyulduğunu bildirib. O, həm də bir daha azərbaycanlıların Ermənistana qayıdışı məsələsinə dair ölkəsinin məlum mövqeyini təkrar edib”.

Bu, Qərbi Azərbaycan İcmasının bəyanatında yer alır.

Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistanın qərbi azərbaycanlıların hüququnu inkar edərək Qarabağ ermənilərinin hüquqları məsələsini qabartması riyakarlıq və irqçilikdir.

“Ermənistanın yenidən “beynəlxalq mexanizm” nağılını təkrar etməsi isə onun hələ də özünün yaratdığı illüziyalar içində yaşadığını göstərir”, – bəyanatda vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir