Siyasət

Leo Dokerti: “Azərbaycan bu gün dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir”

Sharing is caring!


“Azərbaycan bu gün dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir”.

“Report“ xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti deyib.

O qeyd edib ki, 2020-ci ildə Böyük Britaniya Azərbaycana minalarla mübarizədə mühüm və xilasedici dəstək verən ilk ölkələrdən biri olub:

“O vaxtdan bəri biz bu dəstəyi bir milyon funt sterlinqdən çox artırmışıq, dünya üzrə aparıcı minatəmizləmə avadanlığı ilə təmin etmişik və yerli hakimiyyət orqanlarına təlimlər keçmişik. Bu il biz partlayıcı sursatların zərərsizləşdirilməsi üzrə ixtisaslaşdırılmış kurslar üçün təkliflərimizi genişləndirməklə Azərbaycan hərbçilərinə verilən təlimləri daha da artırırıq. Bu, yüksək təhlükə mühitində işləmək üçün lazım olan bacarıqları təmin edəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir