Siyasət

Şahmar Mövsümov: “Gömrük daxilolmaları büdcənin qeyri-neft gəlirlərinin 35%-nə bərabərdir”

Sharing is caring!


“Son dövrdə gömrük daxilolmaları dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 35%-nə bərabər olub”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov Bakıda keçirilən Gömrük Biznes Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, xarici ticarətin artması büdcəyə gömrük daxilolmalarının da artmasını şərtləndirib:

“Burada gömrük orqanlarının fəaliyyətində çevik, müasir, şəffaf idarəçilik metodlarını da qeyd etmək yerinə düşər. Gömrük nəzarətinin təkmilləşdirilməsi, ticarətin asanlaşdırılması, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, sabit, avtomatlaşdırılmış və vətəndaş məmnunluğunu təmin edən xidmətlərin təşkili sayəsində həyata keçirilən genişmiqyaslı tədbirlər xüsusi yer tutur”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir