Siyasət

Şəhidlərin geyimlərini valideynlərinə satan alverçi: Gerçək olan “Yalan” filmi – ARAŞDIRMA + VİDEO

Sharing is caring!


“Yalan” filmi Birinci Qarabağ müharibəsinin həqiqətlərindən bəhs edir.

Filmin süjetinin əsasını ailənin böyük oğlunun Qarabağ müharibəsində həlak olması, bu faktdan xəbər tutan atanın bu məlumatı anaya deməməsi fonundakı məqamlar təşkil edir.

Filmin qəhrəmanı Yavər Quliyev adlı-sanlı çobanlardandır. İki oğul atasıdır. Günlərin bir günü böyük oğlu Vasif könüllü cəbhəyə getməyə hazırlaşdığını və vidalaşmağa gəldiyini söyləyir.

Bu epizodda “sağollaşmaq” deyil, məhz “vidalaşmaq” kəlməsinin işlənməsi tamaşaçıları filmin qəhrəmanları ilə birlikdə faciəli anlar yaşamağa kökləyir.

Filmin vağzal səhnəsi Birinci Qarabağ müharibəsinin arxa cəbhəsində baş verənləri göstərir.

Bir tərəfdə qatarda alverlə məşğul olan kişi Yavərə havayı konfet verir ki, bunu oğluna apar, ağzını şirin eləsin. Digər tərəfdən isə ölmüş əsgərlərin geyimlərini valideynlərinə satan şəxs. Bu səhnə bizə Cəbiş müəllim ideyalarını xatırladır:

“Müharibə vaxtı fərqi yoxdur, güllə satırsan, ya paltar, alverçisənsə, düşmənsən”.

Cəbiş müəllim də eyni sözü deyirdi. Yavər həlak olmuş oğlunun adından anasına məktub yazır. Bu səhnədə onun nə qədər çıxılmaz bir vəziyyətdə olduğunu görürük. Yavərin cəbhədə ət doğramaq səhnəsi müharibənin ətçəkən maşın, sallaqxana olması ilə bağlı rəmzdir.

Filmin park səhnəsində xeyli qaranlıq qalan mətləblər açılır. Yavər kiçik oğlunu şəhərə gəzməyə aparır. Parkda köhnə tanışının nəvəsinə Yavəri göstərib “Sovetlərin planını bu əmi doldururdu” deməsi Yavərə çox təsir edir.

Bəzi məqamlarda Yavər sovet dövrünün həsrətini çəkirdi. Onun medallarla gəzməsi, qəzetləri saxlaması, öz işini övlad tərbiyəsindən də üstün tutması bunun göstəricisidir. Onun qəzetləri cırması reallıqla barışmasına işarədir.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir