Siyasət

Ermənistan parlamentinin sədri: “İrəvanla Bakı arasında sülhün bərqərar olması üçün tarixi şans var”

Sharing is caring!


“Bu gün Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün tarixi şans yaranıb”.

Bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan ATƏT PA-nın İrəvanda keçirilən iclasında çıxışı zamanı deyib.

Alen Simonyan bildirib ki, Ermənistan sülh gündəmini seçib və bu səbəbdən də konstruktiv şəkildə danışıqlarda iştirak edir.

“Ermənistan Türkiyə ilə münasibətlərin tənzimlənməsində və kommunikasiyaların açılmasında maraqlıdır. Məhz buna görə də ölkəmiz heç bir ilkin şərt olmadan danışıqlara başlayıb. Ümid edirəm ki, bu əlaqələr arzu olunan nəticəni verəcək”, – deyə o qeyd edib.

Mənbə: Erməni KİV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir