Siyasət

İLK DƏFƏ: “Qarabağ” rəqibi ilə Xankəndi stadionunda görüşəcək

Sharing is caring!


Xankəndi şəhərində yerləşən stadionda ilk dəfə yerli klublarımızın iştirakı ilə futbol oyunu keçiriləcək.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu matç Azərbaycan Kubokunun 1/8 finalında “Qarabağ”la əvvəlki mərhələdən MOİK – “Ağdaş”/“Cəbrayıl” cütünün qalibi arasında keçiriləcək oyun olacaq.

Qeyd edək ki, bununla bağlı hazırlıq işləri aparılır və oyun dekabrın 21-də baş tuta bilər. Hazırda Xankəndi şəhər stadionunda təmir işləri gedir. Stadionun “qondarma rejim”in bayrağı rənglərində olan tribunaları sökülüb yeniləri ilə əvəzlənir. Arenanın ot örtüyünün dəyişdiriləcəyi və paltardəyişmə otaqlarının da yenilənəcəyi bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir